Heydərov Əli Vaqif oğlu
.png)
Soyadı, adı, atasının adı: Heydərov Əli Vaqif oğlu
Təvəllüdü: 09.02.2002
Ailə vəziyyəti: Subay
Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində
Dəfn yeri: Pirşağı qəsəbəsi, “Şəhidlər Xiyabanı”
Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı,
“İgidliyə görə” medalı
02.09.2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuşdur. İki yaşına qədər Naxçıvanda yaşamış, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. 2008-ci ildə Bakı şəhəri 135 saylı tam orta məktəbdə oxumuşdur. 2018-ci ildə orta məktəbi bitirdikdən sonra 2020-ci ildə hərbi xidmətə yola düşmüşdür. 27.09.2020-ci il tarixdə başlanan Vətən müharibəsinin ilk günü işğaldan azad olunan Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmışdır.