Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Bəhruz Elman oğlu

Soyadı, adı, atasının adı:  Əliyev Bəhruz Elman oğlu

Təvəllüdü:  24.10.1997

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  Maştağa qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Laçının azad olunmasına görə” medalı

   

24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul edilmiş, 2013-ci ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 9 illik ümumi orta təhsili başa vurduqdan sonra, elə həmin ili təhsilini “aşpaz” ixtiassı üzrə Maştağa qəsəbəsindəki 13 nömrəli Balı Peşə Məktəbində 2 il davam etdirib, 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə çağırış vərəqəsi alır. Tibbi Komissiyadan keçdikdə səhhətində problemlər aşkar olunur. Buna görə də müəyyən müddət verilir ki, səhhətindəki problemlərin müalicəsini başa vursun. Lakin, bu müddət başa çatmamış, o, artıq 2019-cu ilin sentyabr ayından sənədlərini yığmağa başlayır. Oktyabr ayının 22-sində hərbi xidmətə yola düşür. Goranboy rayon Ballıqaya kəndində N saylı Hərbi Hissədə xidmətə başlayır. 2019-cu il noyabr ayının 9-u Hərbi Andiçmə mərasimi baş tutur. Xidmətini bir müddət orada davam etdirdikdən sonra Tərtər rayon Sarov Kəndinə köçürülür. Sonra isə yenidən Goranboy rayonuna qayıdır. Goranboy rayonu. Tapqaraqoyunlu kəndində N saylı Hərbi Hissədə hərbi xidmətini davam etdirir. Bu müddətdə motoatıcılıq kurslarına cəlb edilir. Hələ uşaqkən atıcılığa xüsusi marağı olduğundan, o, bu kurslara böyük həvəslə qatılır. Keçirilən yarışlarda dəfələrlə 1-ci yerə layiq görülür. Atıcılıq kurslarında dəfələrlə 1-ci yerə layiq görüldüyü üçün “atıcı” vəzifəsindən “baş atıcı” vəzifəsinə təyin edilir. O, burada da xüsusi həvəslə iştirak edir. Sentyabr ayının 27-si II Qarabağ müharibəsi başladıqda Goranboy rayonu, Tapqaraqoyunlu kəndindən döyüşərək Tərtər rayonu Talış kəndi istiqamətində gedən döyüşlərə qoşulur. Müharibənin 1-ci günündə iştirak etməsinə baxmayaraq, bu müddətdə düşmənin 2 tankını, 50-dən artıq əsgərini məhv edərək qəhrəmanlıqla döyüşür. Yaralı əsgər yoldaşlarının da müharibə zonasından çıxarılmasına köməklik edib. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda düşmənin atdığı minemyotun qəlpələri sağ ayağını yaralayır. Hospitala çatdırılarkən kəskin qanitimrədən yolda can verir və şəhidlik zirvəsinə ucalır.

Keçidlər