Şriftin ölçüsü :

Saytın rəngi :

Səmədov Məhəmməd Niman oğlu

Soyadı, adı, atasının adı:  Səmədov Məhəmməd Niman oğlu

Təvəllüdü:  13.06.2001

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində

Dəfn yeri:  Pirşağı qəsəbəsi, “Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı,

       “Xocavəndin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı

         

13.07.2001-ci il Sabunçu rayonu Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsində anadan olmuşdur. 2007-ci ildə Pirşağı qəsəbəsi 10 saylı İnternat məktəbində orta təhsilinə başlamış və həmin məktəbin 9-cu sinifini bitirmişdir. Orta təhsillidir. 2019-cu ilin İyun ayında hərbi xidmətə çağırılmış və həqiqi hərbi xidmətdə qulluq etməyə başlamışdır. Hərbi xidmətdə olarkən 27.09.2020-ci il tarixində Vətən müharibəsi başladığı dövrdə Cəbrayıl rayonu Cocuqmərcanlı kəndində qulluq edərkən Füzuli istiqamətində gedən döyüşlərdə 06.10.2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır və Sabunçu rayonu Pirşağı qəsəbəsində yeni yaradılmış şəhidlər xiyabanında dəfn olunmuşdur. Ailə üzvləri 4 nəfərdən ibarət olmuşdur.

Keçidlər