Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Əlihüseyn Elşad oğlu

Soyadı, adı, atasının adı:  Məmmədov Əlihüseyn Elşad oğlu

Təvəllüdü:  24.01.1998

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində

Dəfn yeri:  Şəki şəhəri qəbrisitanlığı

Təltifi: “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı,

            “Cəsur döyüşçü” medalı

      

1998-ci il yanvarın 24-də Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Şəki şəhəri 18 saylı məktəbin 1-ci sinfinə getmiş, 2015-ci ildə 11-ci sinfini bitirmişdir. 4-5-ci sinifləri Bakı şəhəri Xarici Dİllər Təmayüllü gimnaziyada təhsil almışdır. 2016-cı ildə Azərbaycan Dövlət Neft Sənaye Universitetinin istilik energetikası mühəndisliyi fakültəsinə daxil olmuş, 2020-ci ildə həmin fakültəni bitirib, istilik energetikası mühəndisliyi ixtisasına yiyələnmişdir. 2020-ci il iyul ayının 7-də xidmətə yollanır. Beyləqan rayonun N saylı hərbi hissəsində xidmətə başlamışdır. Vətən müharibəsi zamanı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.

Keçidlər