Şriftin ölçüsü :

Saytın rəngi :

Ələkbərov Telman İqdam oğlu

Soyadı, adı, atasının adı:  Ələkbərov Telman İqdam oğlu

Təvəllüdü:  31.03.1991

Ailə vəziyyəti:  Subay

Şəhid olduğu yer: Ağdamrayonu istiqamətində

Dəfn yeri:  “II Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı

   

1991-ci il mart ayının 30-da Bakıda anadan olmuşdur. 1997-ci ildə Sabunçu raqyonu 215-saylı nömrəli tam orta məktəbə daxil olmuş. 2003-cü ildən 2008-ci ilə qədər təhsil almışdır. 2003-cü ilə qədər həmin məktəbdə təhsil almışdır.2003-cü ildən 2008-ci ilə qədər təhsil almışdır. 2003-cü ilə qədər həmin məktəbdə təhsil almışdır. 2003-cü ildən 2008-ci ilə qədər orta təhsilini  Azərbaycan Respublikası Olimpiya İdman Liseyində davam etdirmişdir.2009-cu ildə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci ildə Goranboyda xidmətini bitirmişdir. O, ali təhsil almağı qarşısında məqsəd qoymuş və 2013-cü ildə Azərbaycan Dövlıt Bədən Tərbiyəsi və İdman Akademiyasına qiyabi daxil olmaqla məqsədinə nail olmuş, 2018-ci ildə ali təhsilini müvəfəqiyyətlə bitirmişdir. 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Ehtiyat zabit hazırlığı kursunda “motoatıcı taqım komandiri” ixtisası üzrə təlim keçmişdir. 2019-cu ilin yanvarın 29-da kursu bitirdikdən sonra leytenant rütbəsinə tağım komandiri kimi Ağdam rayonunda yerləşən N saylı hərbi hissənin motoatıcı taboruna təyinat almışdır. İşinə məsuliyyətlə yanaşdığı üçün həmin ilin mart ayının 30-da motoatıcı taborunun motoatıcı bölüyünün 1-ci motoatıcı tağım komandiri vəzifəsində xidmət göstərməyə başlayır. Telman Ələkbərov 2019-cu il xidməti dövründə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə “Döyüş hazırlığının yüksəldilməsində, ictimai-siyasi hazırlığı və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nəaliyyətlərə görə” N saylı hərbi hissə komandiri tərəfindən dəfələrlə Fəxri Fərmanlarla təltif olunmuşdur. 2020-ci ilin avqustun 12-də Telman Ələkbərov müqaviləsini uzadaraq “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan ordusunun zabit heyətinə keçmişdir.  07.10.2020-ci il tarixində Ağdam rayonu istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.

Keçidlər