Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərli Tural Ələmdar oğlu

Soyadı, adı, atasının adı:  Əsgərli Tural Ələmdar oğlu

Təvəllüdü:  20.04.1993

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Tərtər rayonu istiqamətində

Dəfn yeri:  “II Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı

   

20.04.1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1999-cu ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin 1-ci sinifində təhsil almış, 2007-ci ildə Naxçıvan Müxtar Respublikası hərbi liseyinə daxil olub, 2010-cu ildə liseyi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olmuş, 2014-cü ildə akedemiyanı bitirmişdir. 2014-cü ilin sentyabr ayında ixtisasını təkmilləşdirmək üçün Təlim Tədris Məktəbinə daxil olmuşdur. 2015-ci ildə buranı bitirib xidmətə başlamışdır. İlk xidmət yeri Qazax rayonunun N saylı hərbi hissəsi olub tağım komandiri vəzifəsində çalışmışdır. Daha sonra 2018-ci ildə Daşkəsən rayon n saylı hərbi hissəsinə göndərilmiş burada vəzifəsi artırılaraq Bölük Komandırı olaraq xidmət etmişdir. 27 sentyabr ikinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş,  01.10.2020-ci ildə şəhid olmuşdur.

Keçidlər