Şriftin ölçüsü :

Saytın rəngi :

Rəhimov Rəşad İlqar oğlu

Soyadı, adı, atasının adı:  Rəhimov Rəşad İlqar oğlu

Təvəllüdü:  16.07.1985

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Şuşa şəhəri istiqamətində

Dəfn yeri:  “II Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı

07.16.1985-ci ildə Tərtər şəhərində anadan olub. 1991-ci ildə Yevlax şəhər Qoyunbinəsi kənd orta məktəbinin 1-ci sinifinə başlamış, 2002-ci ildə məktəbi bitirdikdən sonra əvvəllər fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Universitetinin Beynəlxalq Hüquqşunaslıq fakültəsinə daxil olmuşdur. 2006-cı ildə Universiteti bitirmiş, 3 aylıq kurs keçərək Zabit kimi hərbi xidmətə yollanmışdır.Hərbi ximəti başa vurduqdan sonra Azərpoçtda fəaliyyətə başlayıb, əvvəl mühafizə xidmətində, sonra İnkassasiya, son vaxtar isə Azərpoçtun PDM bölməsində çalışmışdır. 2020-ci il sentyabrın 27 də ikinci Qarabağ müharibəsi başlayan vaxdan səfərbərlik üçün qeydiyyatdan keçib, lakin çağırış gəlməsə də oktyabrın 16-sı könüllü hərbi hissəyə yollanmışdır.Cəbhədə Tağım Komandiri kimi Qubadlı, Zəngilan, Şuşa, Daşaltı kimi bir sıra əməliyyatlarda iştirak edib, 09.11.2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Keçidlər