Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədli Sübhan Səbuhi oğlu

Soyadı, adı, atasının adı:  Məmmədli Sübhan Səbuhi oğlu

Təvəllüdü:  12.08.1994

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Füzuli rayonu istiqamətində

Dəfn yeri:  “II Şəhidlər Xiyabanı”

Təltifi: “Vətən uğrunda” medalı, III dərəcəli “Rəşadət” ordeni

   

1994-cü ildə Naxçıvan MR Kəngərli rayon Xincab kəndində anadan olub. 2001-ci ildə Xincab kənd tam orta məktəbinə daxil olub. 2009-cu ildə Naxçıvan MR Heydər Əliyev adına Hərbi liseyə daxil olub. 2012-ci ildə həmin liseyi bitirdiktən sonra Azərbaycan Respublikası Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub 2016-cı ildə həmin məktəbi bitirdiktən sonra leytenant rütbəsini alaraq Mingəçevir N saylı hərbi hissədə xidmətə başlamışdır. Bir müddət xidmət etdikdən sonra Göranboy rayonunda yerləşən N saylı hərbi hissəyə bölük komandiri vəzifasinə təyin olur. 2019-cu ilin iyun ayının 26-sı Baş leytinant rütbəsini almışdir. İşlədiyi müddət ərzində Fəxri Fərmanla və ordunun 100 illik medalı ilə təltif olmuşdur. 2020-ci ilin 27 sentyabr tarixinda başlayan Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. 07.10.2020-ci il tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər