Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfərov Zaur Hüseyn oğlu

Soyadı, adı, atasının adı:  Adişov Qüdrət Rahim oğlu

Təvəllüdü:  04.03.1980

Ailə vəziyyəti:  Ailəli

Şəhid olduğu yer: Suqovuşan istiqamətində

Dəfn yeri:  “II Şəhidlər Xiyabanı” 19.10.2020

Təltifi: “Vətən uğrunda” medalı

03.03.1980-ci ildə Kəlbəcər rayonunun Başlibel kəndində anadan olmuşdur. 1987-ci ildə həmin kəndin orta məktəbində təhsilinə başlamışdır. 1993-cü ildə Kəlbəcər rayonu Erməni faşistləri tərəfindən işğal olunandan sonra Qax rayonunun Tasmalı kənd orta məktəbində oxumuşdur. Ailəlikcə Qaradağ rayonunun Qızıl-daş qəsəbəsinə köçdükdən sonra 184 nömrəli Qızıl-daş orta məktəbində oxumuşdur. 1997-ci ildə həmin məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub 2001-ci ildə məktəbi bitirmişdir. Leytenant rütbəsi ilə Naxçıvan hərbi qarnizonuna göndərilmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi Akademiyasına qəbul olmuş 2016-cı ildə “Hərbi və Dövlət Müdafiəsini İdarəetmə” ixtisasına yiyələnmişdir. Xidmət etdiyi 23 ildə ağağıdaki medallarla təltif olunmuşdur.
1. 26 iyun 2008-ci il III-cü dərəcəli qüsursuz xidmətə görə
2. 19 iyul 2008-ci il Silahlı Qüvvələrin 90 illik yubileyinə görə
3. 26 iyun 2014-cü il II-cü dərəcəli qüsursuz xidmətə görə
4. 26 iyun 2014-cü il Silahlı Qüvvələrin 95 illik yubileyinə görə
5. 02 may 2016-cı il Azərbaycanın Silahlı Qüvvələrinin 10 illiyi
6. 26 iyun 2018-cü il II-cü dərəcəli qüsursuz xidmətə görə
7. 26 iyun 2018-cü il Azərbaycan ordusunun 100 illik yubileyinə görə
8. 25 dekabr 2020-ci ildə “İgidliyə görə”

10 oktyabr 2020-ci il tarixində Suqovuşanın azad olması uğrunda gedən döyüşlərdə, xeyli düşməni məhv edərək, şəhidlik zirvəsinə ucalmışdır.

Ailəlidir 2 qızı bir oğlu var.

Keçidlər