Şriftin ölçüsü :

Saytın rəngi :

72 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanışlıq

Dövlət başçısı əvvəlcə 72 nömrəli məktəb-liseydə həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış oldu.
Azərbaycan Prezidentinə məlumat verildi ki, məktəb-liseyin binası 1930-cu ildə inşa olunub. İkimərtəbəli təhsil ocağı ilk illər Qızlar Gimnaziyası kimi fəaliyyətə başlayıb. 1989-cu ildə məktəb üçün ikinci korpus tikilib. Təhsil ocağının 3-cü əlavə korpusu isə 2007-ci ildə inşa olunub. Bu il məktəb-liseydə əsaslı təmir və yenidənqurma işləri aparılıb. 45 sinif otağı olan məktəbdə 1235 şagird təhsil alır. Burada bütün sinif otaqları və fənn kabinetləri yüksək standartlar səviyyəsində təmir edilib, zəruri dərs ləvazimatları və avadanlığı ilə təchiz olunub, müasir istilik və işıqlandırma sistemləri quraşdırılıb. Məktəbin idman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, məktəb-liseydə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün mükəmməl infrastruktur yaradılıb.
Keçidlər