Şriftin ölçüsü :

Saytın rəngi :

"Bakı Olimpiya Stadionu"nun təməlqoyma mərasimi

6 iyun 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində iştirak etmişdir.
Daxili sahəsi 120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaqdır. Jurnalistlərin işləməsi üçün nəzərdə tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcəkdir. Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaqdır. Ümumilikdə, 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq fəaliyyət göstərəcəkdir.
Keçidlər