Balaxanı sənaye parkının təməlqoyma mərasimi
19 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində iştirak etmişdir.
Azərbaycan Prezidenti Sənaye Parkının layihəsini əks etdirən stendə və parkın maketinə baxdı. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, parkın yaradılmasında məqsəd ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun davamlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, eləcə də Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır.
Sənaye Parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulur. Yeddi hektar ərazini əhatə edəcək parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaqdır. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaqdır.