Bilgəh-Sumqayıt avtomobil yolunun 14-cü km sahəsində yolun açılışı
4 iyul 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci və ikinci hissələrinin layihələri çərçivəsində görülən işlərlə tanış olmuşdur. Nəqliyyat naziri Ziya Məmmədov Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının birinci hissəsinin layihəsi çərçivəsində Kardiologiya Mərkəzinin qarşısında tikilmiş tunelin texniki göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, ümumi uzunluğu 566 metr, örtülü hissəsinin uzunluğu 65 metrə, eni isə 23 metrə yaxın olan tunelin inşası yüksək keyfiyyətlə başa çatdırılmışdır. Dörd zolaqdan ibarət tunelin hərəkət hissəsinin eni 15 metrdir. Yolun bu sahəsinin müxtəlif hissələrində yeraltı piyada keçidlərinin inşasının başa çatdırıldığı, körpünün tikintisinin isə tamamlanmaq üzrə olduğu bildirildi.
Dövlət başçısı tunelin açılışını bildirən lenti kəsdi.
Açılışdan sonra Prezident İlham Əliyev yolun rahatlığını yoxlamaq üçün sükan arxasına keçərək avtomobili idarə etdi.
Sonra Prezident İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun yenidən qurulmasının ikinci hissəsinin layihəsi üzrə görülən işlərlə yaxından tanış oldu. Layihənin texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, layihəyə görə 6 zolaqdan ibarət yolun bu hissəsinin ümumi uzunluğu 28 kilometr, hərəkət zolaqlarının eni isə 4 metrə yaxındır. Yol boyu avtomobil və dəmir yollarının üzərində 12 körpünün və yol ötürücüsünün inşası nəzərdə tutulur.