Böyükşor bulvarının və parkının açılışı
22 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva göl sahilində salınmış Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.
Azərbaycan Prezidenti və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxdılar.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyükşor gölünün bərpasının birinci mərhələsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Böyükşor gölünün bərpasının birinci mərhələsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi.
Bildirildi ki, sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni isə 94 metrdir. Burada idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb, minlərlə ağac və bəzək kolu əkilib. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi şəhərimizin qonaqlarının zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Gölün idarə edilməsi, su keyfiyyətinin yaxşılaşdırılması və monitorinqi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir.