Etik hesabat
Sabunçu Rayon İcra Hakimiyyətində etik davranış məsələləri ilə əlaqədar 2022-ci ildə görülən işlər haqqında Hesabat “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq hesabat ilində Sabunçu Rayon İcra hakimiyyətində bir sıra işlər görülmüşdür.
Belə ki, hesabat ilində Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzuları əhatə edən təlim keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Peşəkarlıq və fərdi məsuliyyətin artırılması;
- Dövlət qulluqçularının etik davranış qaydaları “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”;
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların şərəf və ləyaqətinə hörmət”;
- “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun vəzifələri, hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;
- Vətəndaşların müraciətləirinə baxılması işinin təşkili.
Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30-1.-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir.
Belə ki, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində çalışan dövlət qulluqçularının fəaliyyəti hər il qiymətləndirilir.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanuna və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 24 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon Təsərrüfatı şöbəsinin böyük məsləhətçi memarı Xubanov Saleh Lətif oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
İl ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılır.
Ötən il ərzində Rayon İcra Hakimiyyətində çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə 21 şikayət daxil olmuşdur ki, bunlardan 4 şikayət üzrə müvafiq izahat verilmiş, 17 şikayət yerində araşdırılaraq əsassız olduğu müəyyən edilmişdir.
1 nəfər əməkdaş etik davranış qaydalarının pozulmasına görə inzibati tənbeh almışdır.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normaların tələblərini ödəmək hər bir dövlət qulluqçusunun vəzifə borcudur və Sabunçu Rayon İcra Hakimiyyətində bu Qanunun aliliyinə əməl edilməsinə ciddi nəzarət edilir.