Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” Hesabat (2020)

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın 6.1.11-ci bəndinin icrası barədə

M Ə L U M A T

 

Sıra sayı

Tədbir barədə qısa məlumat

Tədbirin Rayon İcra Hakimiyyətinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında paylaşılması barədə məlumat 

1.

24 yanvar 2020-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi 192 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Zabrat qəsəbəsinin tam orta məktəblərinin direktorları, müəllimlər, məktəblilər və valideynlər iştirak edirdilər.

Tədbirdə məktəblilər gender əsaslı zorakılıq, erkən və qohumlar arasında nikahın mənfi nəticələri, ailə dəyərləri, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı mövzuları ətrafında hazırladıqları videoçarx və səhnəcikləri nümayiş etdirdilər. Sonra çıxış edən qonaqlar qeyd edilən mövzularla bağlı məktəbliləri, müəllimləri və valideynləri maraqlandıran sualları cavablandırdılar.

Sonda “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihədə fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundular.

 

 

http://sabunchu-ih.gov.az/news/1063.html

 

https://www.facebook.com/sabunchuih/posts/1489845547845077

 

2.

02 mart 2020-ci il tarixdə Kürdəxanı qəsəbəsi 113 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihənin növbəti tədbiri keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Fərəcova,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) ixtisaslaşmış müşaviri Lamiyə Zeynalova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, 113 nömrəli tam orta məktəbin direktoru, müəllim və şagird heyəti iştirak edirdilər.

İlk olaraq 113 nömrəli məktəbin şagirdləri tərəfindən gender əsaslı zorakılıq, erkən və qohumlar arasında nikahın mənfi nəticələri, ailə dəyərləri, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı mövzuları ətrafında hazırlanan rəsm sərgisinə baxış keçirildi. Daha sonra məktəblilərin ifasında şeirlər səsləndirildi və səhnəciklər nümayiş etdirildi. 

Tədbirin sonunda “Gender zorakılığı-cəmiyyətimizin faciəsi” adlı layihə ilə bağlı keçirilən aylıq çərçivəsində fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olundular və çıxış edən qonaqlar qeyd edilən mövzularla bağlı məktəbliləri, müəllimləri və valideynləri maraqlandıran sualları cavablandırdılar.

 

http://sabunchu-ih.gov.az/news/1085.html

 

https://www.facebook.com/sabunchuih/posts/1522158064613825

 

3.

06-12 avqust 2020-ci il tarixləri aralığında Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Azərkitab-Kitab Mərkəzinin tərəfdaşlığı ilə “12 avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Gənclərin Onlayn Yay Məktəbi” layihəsi həyata keçirilmişdir. “Gənclərin Onlayn Yay Məktəbi” layihəsinin keçirilməsində məqsəd gənclərin asudə vaxtının-yay tətilinin səmərəli təşkili və gənclərdə sosial və fərdi bacarıqların üzə çıxarılması olmuşdur. Yeddi gün boyunca davam edən “Gənclərin Onlayn Yay Məktəbi” layihəsi çərçivəsində gəncləri maraqlandıran və onların inkişafına təkan verən müxtəlif mövzular, o cümlədən gender əsaslı zorakılıq, erkən və qohumlar arasında nikahın mənfi nəticələri, ailə dəyərləri, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı mövzuları ilə bağlı vebinarlar, təlimlər, diskussiya və görüşlər keçirilmişdir.

Layihəni uğurla başa vuran gənclər Sabunçu Gənclər Evi tərəfindən sertifikatla  təltif olunmuşlar.

 

http://sabunchu-ih.gov.az/news/1151.html

 

https://www.facebook.com/sabunchurih/posts/1657683524394611

 

https://www.facebook.com/sabunchurih/posts/1658540570975573

 

Keçidlər