Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yolun açılışı
28 may 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağının üçüncü kompleksinin açılış mərasimində iştirak etmişdir.
Bildirildi ki, “Azəryolservis” ASC-nin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən inşa olunmuş bu yol qovşağının tikintisinə Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında 2006-ci il aprelin 11-də başlanmışdır. Layihəyə əsasən üç kompleksdən ibarət olan bu qurğunun ümumi uzunluğu 3 min 145 metrdir. Qurğu doqquz körpü, körpü girişləri və qovşağın tərkib hissəsi olan avtomobil yollarından ibarətdir.