Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışı

01 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak etmiş, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar.
Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaratmışdır. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilmiş, bu çərçivədə 10-dək yeni hüquqi-normativ akt qəbul edilmişdir. Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuş, bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına sadiq olduğunu ifadə etmişdir.
Keçidlər