Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonundakı 252 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlıq

12 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonundakı 252 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilir. Təmir edilən məktəblər, inşa olunan yeni tədris korpusları, idman meydançaları, iclas zalları ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində məktəblilərin istifadəsinə verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bu məktəbin binası 1972-ci ildə inşa olunmuşdur. Məktəbdə əvvəllər 1100 şagird təhsil alırdı. Dövlət Proqramına uyğun 40 sinif otağından ibarət 800 şagird yerlik əlavə korpus inşa olunmuşdur. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Açıq və qapalı idman meydançaları yenidən qurulmuş, müasir istilik sistemi quraşdırılmışdır.
Yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.
Keçidlər