Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlıq

12 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sabunçu rayonundakı 80 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilir. Təmir edilən məktəblər, inşa olunan yeni tədris korpusları, idman meydançaları, iclas zalları ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində məktəblilərin istifadəsinə verilir.
Burada da görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, bu orta məktəbin binası 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin birbaşa təşəbbüsü ilə inşa olunmuşdur. Ulu Öndər 1975-ci ildə məktəbdə olmuş, müəllim və şagirdlərlə görüşmüşdür. 860 yerlik məktəbdə 1110 şagird təhsil alır. Gələn il üçün 30 sinif otağından ibarət 600 şagird yerlik yeni korpusun inşa olunacağı gözlənilir. 80 nömrəli məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi avadanlıqla təchiz edilmişdir. Burada da ən müasir istilik sistemi qurulmuşdur.
Yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verdi.
Keçidlər