Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu-Zabrat avtomobil yolunun yenidənqurulması

27 sentyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Sabunçu yol qovşağından Zabrat dairəsinə qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradacaqdır. Qeyd olundu ki, 2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdır. Burada yolun genişləndirilməsi ilə bağlı bütün lazımi tədbirlər görülmüşdür. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.
Keçidlər