Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti 2020 yarımillik

2020-ci ilin yanvar-iyun  aylarında bütün  maliyyə mənbələri hesabına 36622,0 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir.
2020-ci ilin yanvar-iyun  aylarında Sabunçu rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 118104,7 min manat məbləğində vəsait yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 7,8 dəfə az olmuşdur. 2020-ci ilin yanvar-iyun  aylarında 91736,1 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.
2020-ci ilin yanvar-iyun aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 162867,2 min manat olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,8 faiz çox olmuşdur.
Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 2020-ci ilin yanvar-iyun  aylarında 116073,5 min manat, əsaslı təmir 32248,7 min manat, cari təmir 4474,2 min manat, sair tikinti  işləri isə 10070.8 min manat təşkil etmişdir. 
Keçidlər