Zabrat qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışı
15 sentyabr 2007-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zabrat qəsəbəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak etmişdir.
Zabrat MDM əhaliyə terapevtik, cərrahi, kardioloji, lor, oftolmoloji, nevroloji, stomatoloji, dəri-zöhrəvi, fizioterapevtik, rentgenoloji, USM kabinetləri, laboratoriya, 25 çarpayılıq terapevtik şöbə, konsultativ – diaqnostik və müalicə xidməti göstərir.