Sabunçu rayonun Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
Bilgəh qəsəbəsində “Bakı Abadlıq” tərəfindən Azərbaycan qadını küçəsində yerləşən “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuş Bilgəh sakinlərinin şərəfinə ucaldılmış Abidə” kompleksində yenidənqurma və abadlıq işləri hal-hazırda davam etdirilir. Belə ki, yeni növ həmişəyaşıl ağaclar əkilir, istismar müddəti bitmiş tikinti materialları yeniləri ilə əvəz olunur, yararsız vəziyyətdə olan hasar və səkilər təmamilə sökülərək, əvəzində yenisi inşa edilir. Uşaqların asudə vaxtının təşkili məqsədilə oyun meydançası qurulur.
Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayonun bütün qəsəbələrində təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.