Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda ilk dəfə səs verəcək gənclərlə növbəti görüş keçirildi

11 mart 2018 | 20:00
  12 mart 2018-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbin akt zalında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının tədbirlər planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında marifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında marifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Prezident Adminstrasiyası, Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkliatçılığı ilə 2018-ci il 11 aprel prezident seçkiləri ilə bağlı ilk dəfə səs verəcək Sabunçu rayon gəncləri ilə görüş keçirilmişdir.
  Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəilyev, Prezident Adminstrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin məsləhətçisi Kənan Firdovsioğlu, Sabunçu rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, 27 saylı seçki dairəsinin sədri Nadir Əjdərov və Sabunçu rayonunun ilk səs verən gənclərindən 120 nəfər iştirak etmişdir.
Görüş Azərbaycan Dövlət Himni ilə başlamışdır.
  Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəilyev çıxış edərək ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edərək, gəncləri bu gün həm ictimai –siyasi həyatda, həm də seçki kompaniyasında daha fəal olmağa, ətrafdakıları da bu mühüm prosesə cəlb etməyə səsləyib və seçki günü bütün gəncləri seçki məntəqələrinə gələrək parlaq gələcəyə səs verməyə çağırıb.
  Tədbirdə iştirak edən digər rəsmi şəxslər də Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, dövlətin məqsədyönlü tədbirlərinin gənclərin inkişafı, onların kreativ bir qüvvə kimi ölkə həyatında fəal iştirakına əsaslı zəmin yaradacağını vurğulamışlar. Prezident seçkilərinin keçirilməsinin qanunverici əsasları”, “Vətəndaşların seçki hüquqları”, “Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu”, “Seçki günü səsvermə proseduru və qaydaları” mövzusunda məruzələr dinlənilmişdir.
  Daha sonra Sabunçu rayonunun ilk səs verən gəncləri ilə mövzü ətrafında disskusiya aparılmış və gənclərə seçki ilə bağlı yaddaş kitabçaları və bukletlər paylanmışdır.
Sonda ilk dəfə səs verəcək gənclərə seçki prosesinin bütün mərhələləri praktik şəkildə izah olundu.
Keçidlər