Balaxanı qəsəbəsində genişmiqyaslı abadlıq quruculuq işləri davam etdirilir.
21 fevral 2024 | 16:26
Balaxanı qəsəbəsində genişmiqyaslı abadlıq quruculuq işləri davam etdirilir.
“Bakı Abadlıq Xidməti” MMC-nin təşkilatçılığı ilə qəsəbə daxili yollar təmir olunur, yeni kanalizasiya, qaz, su, işıq xətləri çəkilir və təmirə ehtiyacı olanları isə yenisi ilə əvəz olunur.
Belə ki, qəsəbənin Şəfqət küçəsinə 4000 kv.m, Gülüstan küçəsinə isə 6000 kv.m asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.