Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
11 sentyabr 2023 | 14:44
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" və "Bakı Abadlıq Xidməti" tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.
Belə ki, qəsəbənin Mirzə İbrahimov küçəsinə eni 6 m, uzunluğu 750 m olmaqla yeni asfalt örtüyü vurulmuş, yol nişanları ilə rəngləndikdən sonra, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün istifadəyə verilmişdir.
Sözügedən küçədə kustar üsulla düzəldilmiş kanalizasiya xətləri təkminləşdirilmiş, elektrik və rabitə xətləri bir sistem altına salınmış, küçəboyu yol kənarlarına bardürlər bərkidilmişdir.