Bilgəh qəsəbəsində dəniz sahilində təmizlik aksiyası keçirilib
05 sentyabr 2025 | 17:35
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nazirliyin 11 saylı RETSİ-nin, Bilgəh Bələdiyyəsinin, Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşlarının və Nazirliyin ekokönüllülərinin iştirakı ilə 05.09.2025-ci il tarixində rayonun Bilgəh qəsəbəsində dəniz sahilində təmizlik aksiyası keçirilib.
Tədbirin keçirilməsində məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, eləcə də insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.