Bilgəh qəsəbəsində qəsəbə sakinlərini narahat edən daha bir problem öz müsbət həllini tapdı
Sabunçu rayonunun Bilgəh qəsəbəsində qəsəbə sakinlərini ən çox narahat edən daha bir problem öz müsbət həllini tapdı
Belə ki, xüsusən payız və qış aylarında yağan yağışlar zamanı qəsəbənin Hacıağa Dadaşov küçəsində toplanan su həm sakinlərin, həm də nəqliyyat vasitələrinin gediş-gəlişinə böyük maneələr yaradırdı.
Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 8 İyun, 2022-ci il tarixində qəsəbənin 142 saylı tam orta məktəbində qəsəbə sakinləri ilə səyyar görüşü zamanı Hacıağa Dadaşov küçəsində yaşayan bir qrup sakinin adından çıxış edən vətəndaş Əhmədov Əhmədin qaldırdığı məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev şəxsən gedərək yerində tanış olmuş və müvafiq tədbirlərin görülməsinin zəruriliyini bildirmişdir.
Qısa zaman kəsiyində sözügedən məsələ ilə əlaqədar olaraq “Azərsu” ASC-dən mütəxəssislər, topoqraflar əraziyə dəvət olunaraq küçənin dərinliyi və ən çox suyun toplandığı hissələri aşkar edilmiş, həmçinin 3 Sentyabr, 2022-ci il tarixində təxminən uzunluğu 400 metrə qədər olan hissəyə boru çəkildi və yekun olaraq su motoru quraşdırılıb, elektrik naqilinə birləşdirilmişdir.
Beləliklə, əhalinin haqlı narazılığına səbəb olan daha bir məsələ öz müsbət həllini tapmışdır.