Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsində təmirə ehtiyacı olan küçələrdə yeni asfalt örtüyünün vurulması işləri davam etdirilir

06 oktyabr 2022 | 17:52
Sabunçu rayonunda “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və “Bakı Abadlıq Xidməti” tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, qəsəbənin Züleyxa Seyidməmmədova küçəsinə eni 5 m, uzunluğu 920 m olmaqla yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.
Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.
Keçidlər