Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində asfaltlanma işləri aparılır

05 dekabr 2023 | 18:25
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.
Belə ki, Maştağa qəsəbəsi, Kamran Quluzadə küçəsinə uzunluğu 535, eni 6 metr olmaqla yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də aparılan digər abadlıq-quruculuq işləri daim nəzarətdə saxlanılır.
Keçidlər