Ramana qəsəbəsində su xətti yenilənir
02 oktyabr 2023 | 16:40
Raman qəsəbəsi Firidun bəy Köçərli küçəsində “Azərsu” ASC və “Arko” MMC tərəfindən su təchizatı sistemlərinin qurulması üzrə tikinti-quraşdırma işləri davam etdirilir. Yeni yaradılmış su təchizatı infrastrukturu hesabına qəsəbənin Firidun bəy Köçərli küçəsində içməli suyun verilişi təmin ediləcək. Layihə çərçivəsində 500 ailənin yaşadığı küçədə 1750 nəfər sakin içməli sudan faydalanacaq. Ətraf döngələrə suyun nəqli məqsədilə ümumi uzunluğu 3500 m olan, eni 8 metr olan 1 ədəd magistral su xətti çəkilib. Hal-hazırda 35 k m içməli su şəbəkəsinin inşası davam etdirilir və 450-500-ə yaxın evə birləşmə təmin ediləcək.