Ramanada asfaltlanma işləri aparılır
03 oktyabr 2023 | 12:25
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən Ramana qəsəbəsi Şuşa şəhərciyi küçəsinin daxili yollarının bərpası layihəsi sürətlə icra olunur. Uzunluğu 260 metr təşkil edən sözügedən yolların hər birinin eni 5 metr olmaqla 1 hərəkət zolaqlıdır.
Yenidən qurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımı sayda qüvvə cəlb olunub. Tezliklə burada yaşayacaq əhalinin rahat gediş-gəlişi təmin olunacaq.