Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Ramana qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

06 iyun 2022 | 11:13
 
Sabunçu rayonunda “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, Ramana qəsəbəsinin Həsən bəy Zərdabi küçəsinə 3000 kv.m - dən çox, Vətən müharibəsi şəhidi Zeynalov Cavid Vaqif oğlunun ailə üzvlərinin yaşadığı küçəyə 474 m uzunluğunda, 5m enində olan yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gelişi üçün rahat şərait yaradılmışdır.
Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayon ərazisində yol infrastrukturunun yenidən qurulması, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.
Keçidlər