Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon ərazisində genişmiqyaslı iməclik keçirilib

22 iyun 2024 | 14:46
22.06.2023-cü il tarixdə Sabunçu rayon ərazisində Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin təşkilatçılığı ilə iməclik keçirilmişdir.Keçirilən iməclik zamanı məişət tullantıları konteynerləri, istirahət parklarında və məhəllələrdə yerləşdirilmiş atraksionlar yuyulmuş, ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənərək abadlıq-təmizlik işləri aparılmışdır. Ətraf mühitə təhlükə törədən ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri görülmüşdür. Əsas küçə və prospektlərə baxan mağaza, ictimai iaşə və digər obyektlərin qarşısı təmizlənmişdir.
Həmçinin rayon ərazisində fəaliyyət göstərən digər sahibkarlara da müraciət edilərək özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılması istiqamətində müvafiq tapşırıqlar verilmişdir.
Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin, səkilərin, bordyurların və işıq dirəklərinin, yol kənarındakı müxtəlif məhəccərlərin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi həyata keçirilmişdir.
Gün ərzində keçirilən iməclik rayonun bütün qəsəbələrində təşkil edilib və rayonun təmizliyinin lazımı səviyyədə saxlanılması üçün bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcəkdir.
Keçidlər