Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonun Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir

04 mart 2022 | 11:09
Sabunçu rayonun Bilgəh qəsəbəsində abadlıq-quruculuq işləri davam etdirilir
Bilgəh qəsəbəsində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurma və abadlıq işləri davam etdirilir. Belə ki, qəsəbənin Hökümə Qurbanova küçəsinin 1-ci döngəsinə eni 4 m, uzunluğu 350 m olmaqla yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Həmçinin, məişət tullantıları qablarının ətrafı təmizlənmiş və daş hasarla çərçivəyə alınmışdır.
Bundan əlavə olaraq Bakı Abadlıq Xidmətinin və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda rayonun digər qəsəbələrində küçələrinin genişmiqyaslı abadlaşdırılması işləri davam etdirilir.
Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, məişət tullantılarının toplanması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.
Keçidlər