Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda genişmiqyaslı iməclik işləri aparılıb

03 iyun 2023 | 14:04
03.06.2023-cü il tarixdə Sabunçu rayon ərazisində Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin təşkilatçılığı ilə iməclik keçirilmişdir.
Keçirilən iməclik zamanı məişət tullantıları konteynerləri, istirahət parklarında və məhəllələrdə yerləşdirilmiş atraksionlar yuyulmuş, ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənərək abadlıq-təmizlik işləri aparılmış, ətraf mühitə təhlükə törədən ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri görülmüşdür.
Diqqətinizə çatdırmaq istəyirik ki, Sabunçu rayonunda hər həftənin şənbə günləri genişmiqyaslı iməcliklər keçirilir.
Keçidlər