Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda genişmiqyaslı iməclik keçirilib

02 sentyabr 2023 | 13:33
02.09.2023-cü il tarixdə Sabunçu rayon ərazisində Rayon İcra Hakimiyyətinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin təşkilatçılığı ilə iməclik keçirilmişdir.
Keçirilən iməclik zamanı məişət tullantıları konteynerləri, istirahət parklarında və məhəllələrdə yerləşdirilmiş atraksionlar yuyulmuş, ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənərək abadlıq-təmizlik işləri aparılmış, ətraf mühitə təhlükə törədən ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri görülmüş, eləcə də mağazalar qarşısında piyada gedişə-gəlişinə maneə yaradan satış üçün nəzərdə tutulmuş avadanlıqlar mağaza sahiblərinə xəbərdarlıq edilərək yığışdırılmışdır.
Keçidlər