Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun digər qəsəbələrində olduğu kimi Balaxanı qəsəbəsində də abadlıq-quruculuq işləri aparılmaqdadır.

25 aprel 2023 | 18:18
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” və “Bakı Abadlıq Xidməti” tərəfindən qəsəbədə məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir. Belə ki, qəsəbəsinin Şəfqət küçəsinə eni 6 metr, uzunluğu 1600 metr olan yeni asfalt örtüyünün çəkilməsi yekunlaşmışdır. Bununla paralel olaraq digər küçələrə də asfalt örtüyünün çəkilməsi üçün hazırlıq işləri davam etdirilir.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də aparılan digər abadlıq-quruculuq işləri daim nəzarətdə saxlanılır.
Keçidlər