Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Ramana qəsəbəsində ağacəkmə aksiyası keçirildi

06 aprel 2022 | 11:52
06.04.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Tural Əsgərli küçəsi ünvanında ağacəkmə aksiyası keçirildi.
Sabunçu  Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi, Ramana bələdiyyə sədri və xidmət sahələrinin rəislərinin iştirakı ilə keçirilən aksiya çərçivəsində ərazidə 125 şam ağacı əkildi.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Keçidlər