Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində məhəllədaxili yolların yenidən qurulması və abadlıq işləri aparılır

29 noyabr 2023 | 12:50
“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.
Belə ki, Zabrat qəsəbəsi, şəhid Kamran Qasımov küçəsinə eni 6 m, uzunluğu 200 m olmaqla yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Bununla paralel olaraq digər küçələrə də asfalt örtüyünün çəkilməsi üçün hazırlıq işləri davam etdirilir.
Qeyd edək ki, rayonun digər qəsəbələrində də aparılan digər abadlıq-quruculuq işləri daim nəzarətdə saxlanılır.
 
Keçidlər