Şriftin ölçüsü :

Saytın rəngi :

170 №-Lİ TAM ORTA MƏKTƏB

 
Sabunçu qəsəbəsi S. Hüseyn küçəsi 81
 
Ötən əsrdən bəri fəaliyyət göstərən 170 nömrəli tam orta məktəb vətən üçün yüzlərlə həkim,müəllim,alim,hüquqşünas yetişdirmişdir. 83 il öncə,1932-ci ildən etibarən fəaliyyətdə olan bu qocaman məktəb keşməkeşli dövranlara sinə gərərək,bugünkü zamanını yaşamaqdadır. Ölkə prezidentimiz İlham Əliyev cənabları 14 sentyabr 2011-ci il tarixdə Sabunçu rayonu Sabunçu qəsəbəsindəki 170 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan təmir və yenidənqurma işləri ilə tanış olmaq üçün həmin təhsil ocağında olmuşdur. 170 nömrəli tam orta məktəb binasının əsas korpusu 1928-ci ildə inşa olunub və o dövrdə hospital kimi fəaliyyət göstərib. 1930-cu ildən isə 120 şagird yeri olan məktəb kimi fəaliyyətini davam etdirmişdir. İkinci Dünya müharibəsindən sonra məktəbdə 42 şagirdin təhsil alması üçün şərait yaradılıb. Hazırda ümumi sahəsi 1425 m2 olan bu məktəbdə Dövlət proqramına əsasən bərpa və təmir işləri aparılmış, standart tələblərə uyğun şəkildə müasirləşdirilərək, 873 şagirdin təhsil alması üçün şərait yaradılmışdır. Məktəb həyətini bəzəyən qızılgül kolları,12 m hündürlükdə olan Dövlət bayrağımız, səliqə-səhman,yaşıllıqların salınması məktəb kollektivinin qayğı və diqqətinin aydın təzahürüdür. 170 nömrəli tam orta məktəbdə mütəmadi olaraq təlim-tərbiyə prosesinin inkişafı sahəsində diskussiyalar aparılaraq,tibb işçiləri və sahə müvəkkili ilə bərabər düzgün tərbiyə və sanitar-gigiyena mövzularında disputlar keçirilir. 14 sentyabr 2011-ci il tarixdə cənab prezident İlham Əliyev 170 nömrəli tam orta məktəbə gəlişi zamanı bu məktəbin müəllim kollektivinə çətin və şərəfli işlərində uğurlar arzulamış və vaxtilə ümummilli lider Heydər Əliyevin təhsilə göstərdiyi qayğıdan söhbət açmışdır: " Təhsil millətin gələcəyidir. Azərbaycan xalqının gələcəyi bu gün məktəbdə formalaşır. Parlaq şəxsiyyətin inkişafı məktəbdən başlayır. Müəllimlərin üzərinə bu gün ən şərəfli iş düşür" - söyləyərək,kollektivi daha əzmlə işləməyə ruhlandırmışdır.
 
 
Aslanova Ülviyyə Salman qızı
170 nömrəli tam orta məktəbin məktəbin direktor əvəzi
012-450-20-91    

 

Keçidlər