Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” 12-ci tur aksiyasının təntənəli açılış mərasimi keçirildi

14 noyabr 2019 | 20:00
   15.11.2019-cu il tarixdə Sabunçu rayonu Bakı Gənclər Mərkəzində “Ölkəmizi Tanıyaq” 12-ci tur-aksiya çərçivəsində Sabunçu rayon məktəblilərinin Gəncə, Göygöl və Şəmkir rayonlarına təntənəli yolasalma mərasimi keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, müəllimlər, səhiyyə, mədəniyyət və sosial xidmət müəssisələrinin rəhbərləri və valideynlər iştirak edirdilər.
   Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” devizi ilə hər il keçirilən maarifləndirici tur-aksiyalar gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi və onların savadlı və vətənpərvər ruhda böyüməsi istiqamətində mühüm rol oynayır.
   Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları Fazil Qəzənfəroğlu, Dilarə Cəbrayılova və Eldar Quliyev “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən söz açaraq tur-aksiyada iştirak hüququ qazanmış şagirdləri  təbrik etdi və onlara bu səfərdə müvəffəqiyyətlər  arzuladılar.
   Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova ölkə başçısının tapşırıq və nəzarəti ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin təşkili məsələləri barədə ətraflı məlumat verdi.
   Tədbirin bədii hissəsində məktəblilərin ifasında səsləndirilən “Sığmazam” kompozisiyası tədbir iştirakçıları tərəfindən alqışla qarşılandı. Tədbir “Aysel” rəqs qrupunun ifasında “Odlar yurdu” rəqsi ilə davam etdi.
   Daha sonra 11 və 12-ci tur-aksiya iştirakçıları olan məktəblilər öz təəssüratlarını bölüşərək layihənin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
   Sonda “Ölkəmizi Tanıyaq” 12-ci tur-aksiya iştirakçıları tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş etdirildi.
 
Ətraflı:  https://www.facebook.com/sabunchuih/posts/1419726081523691
 
Keçidlər