Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilmişdir

28 noyabr 2019 | 20:00
   29.11.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov  qəsəbəsi 169 nömrəli tam orta məktəbin akt zalında “Biz ağ ölümə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov,   Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Vahid Qurbanov, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
   İlk əvvəl məktəbin direktoru şıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından  danışdı və ətraflı  məlumat verdi.
   Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova, Bakı şəhəri üzrə  Təhsil İdarəsinin əməkdaşı Vahid Qurbanov və Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürdülər, məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyyələr verdilər.
   Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
 
Keçidlər