Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirildi

01 dekabr 2019 | 20:00
   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 02.12.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzində “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Gənclər Mərkəzinin direktoru Pərvin Qasımov, Sabunçu Gənclər Evinin direktoru Samir Mehrəliyev və Sabunçu rayonunda fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri və ilk peşə-ixtisas təhsili müəssisəsinin müəllim və tələbə heyəti iştirak edirdilər.
   Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad etdilər. Daha sonra onun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, Ümummilli lider Heydər Əliyev epoxası bütünlüklə yüksəliş epoxasıdır. Onun parlaq siyası zəkası və müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır.
   Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Gənclər Mərkəzinin direktoru Pərvin Qasımov və digər çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin yetişməkdə olan gənc nəslə göstərdiyi diqqət və qayğıdan söz açaraq son illərdə ölkədə geniş vüsət alan könüllülük hərəkatı və könüllü fəaliyyətin gənclərin həyatındakı rolu barədə ətraflı məlumat verdilər.
   Sonda qonaqlar gəncləri maraqlandıran sualları cavablandırdılar.
   Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra gənclər Heydər Əliyev Muzeyi ilə tanış olaraq Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi mövzularında sənədli filmlər izlədilər.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1435285799967719
 
Keçidlər