Şriftin ölçüsü :

Saytın rəngi :

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Sabunçu rayonunda ağacəkmə kampaniyası keçirilmişdir

05 dekabr 2019 | 20:00
   Son illər Sabunçu rayonunda ağac əkimi, yeni yaşıllıqların salınması ənənə halını almışdır. Bu cür tədbirlərdən biri də 06.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünə Sabunçu rayonu da qoşularaq bütün qəsəbələrdə ağacəkmə kampaniyası keçirmişdir.
   Sabunçu rayonunda Nəsiminin 650 illik yubileyi münasibəti ilə əlaqədar 3400 nəfərin iştirakı ilə bir gündə 4500 müxtəlif növ ağaclar əkilmişdir.
   Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunmuşdur.
 
Ətraflı linkdə:  https://www.facebook.com/sabunchuih/posts/1439252496237716
 
Keçidlər