Şriftin ölçüsü :

Saytın rəngi :

Pirşağı qəsəbəsində Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd edilib

10 yanvar 2020 | 20:00
Yanvarın 11-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə Pirşağı qəsəbəsində yerləşən vaxtilə oxuduğu 112 saylı tam orta məktəbdə tədbir təşkil olunmuşdur.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov, şirkətin rəhbərliyinin nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri, yubilyarın doğmaları  və yaxınları iştirak etmişdir.
Tədbir məktəbin şagirdlərinin ifasında Azərbaycan dövlət himninin səsləndirilməsi ilə start verilib. Daha sonra "Azərbaycan neftinin rəmzi: Akademik Xoşbəxt Yusifzadə" filmi nümayiş olundu.
İlk olaraq söz akademikin məzunu olduğu 112 nömrəli məktəbin direktoru Xədicə Babayevaya verilib, o məktəbin tarixi və tanınmış məzunlarından bəhs edib, bu gün də məktəbin hər bir şagirdi üçün akademik X.Yusifzadənin bir ideal olduğunu bildirib.
Sonra isə SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov yubilyarın bir neftçi kimi məziyyətlərindən danışıb, qeyd edib ki, Xoşbəxt müəllimin həyatda qazandığı uğurların rəhni gündəlik fədakar əməkdir.
Tədbir zamanı yubilyara da söz verilib. X.Yusifzadə köhnə illərə qayıdaraq, xatirələri yad etdi və qəsəbədə keçən uşaqlıq və gənclik illərindən danışdı. O həmçinin Azərbaycanın neft sənayesində gördüyü işlərdən, Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevlə görüşlərini yada salıb.
Daha sonra Pirşağı sakinləri çıxış edərək yubilyarı təbrik edərək öz ürək sözlərini bildiriblər.
Sonda isə tədbir şagirdlərin ifasında ədəbi-bədii hissə ilə davam etdirilib.
Keçidlər