Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilmişdir

11 fevral 2020 | 20:00
   Fevral ayının 12-də Sabunçu Rayon İcra hakimiyyətinin və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçlığı ilə Sabunçu rayonu Maştağa qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi,  Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, QMİ-nin nümayəndələri, din xadimləri və qəsəbə sakinləri iştirak ediblər. 
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir Ədalət Teymurov dövlətin dinə münasibəti, din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi istiqamətində aparılan işlərdə geniş söz açdı.
   DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Anar Kazımov öz çıxışında müxtəlif dinlərin məbədlərinə göstərilən diqqət və qayğıdan, Azərbaycanda dövlət-din münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyədə inkişaf etməsindən danışdı.
   DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, Maştağa qəsəbəsi “Cümə” məscidi Dini İcmanın sədri Məmməd Quliyev, Nardaran qəsəbəsi “Rəhilə xanım ziyarətgahı” Dini İcmanın sədri Musa Qasımov çıxışlarında respublikamızda həyata keçirilən din siyasətinin demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslandığını vurğuladılar, dövlət-din münasibətinin yüksək səviyyədə olduğundan, ölkə rəhbərinin din xadimlərinə göstərilən diqqət və qayğısından, məscidlərin, dini ibadədlərin dövlət tərəfindən əsaslı təmir olunmasından və yenidən qurulmasından danışdılar.
   Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 
Keçidlər