Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakıxanov Residence”dən daha bir dəstək - 300 ailəyə yardım edildi

09 aprel 2020 | 20:00
Bakıxanov Residence Komplekslər Qrupu xüsusi karantin dövründə Bakının Zabrat, Ramana və Sabunçu qəsəbələrində, eləcə də paytaxtın digər müxtəlif ünvanlarında yaşayan 300 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıb. Eyni zamanda şirkət tərərfindən ehtiyacı olan ailələrə yeni doğulmuş körpələr üçün hazır qida məhsulları da təqdim edilib.
Qeyd edək ki, bundan əlavə şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat vəsait köçürüb.
“Bakıxanov Residence” (Efendiler Group) rəhbərliyi bildirib ki, xüsusi karantin rejimi dövründə öz dəstəklərini yenə də davam etdirəcək.
Keçidlər