Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda koronavirusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq həyata keçirilir

22 aprel 2020 | 20:00
Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə Sabunçu rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahəsi və ətrafları, məhəllədaxili yollar, əhalinin intensiv hərəkət etdiyi küçələr, çoxmənzilli yaşayış binaları, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, pilləkənlər, pilləkən marşları və sakinlərin daha çox istifadə etdiyi digər yerlərdə dezinfeksiya işləri aparılır.
Dezinfeksiya işləri hər gün davamlı olaraq rayonun bütün qəsəbələrində aparılmaqdadır.
Keçidlər